Bu gün "Sabah"ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək.
Reyting.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
"Sabah"ın potensial rəqibləri isə bunlardır:
"Şemrok Rovers" (İrlandiya)
TNS (Uels)
"Vikinqur" (İslandiya)
"Larne" (Şimali İrlandiya)
"KuPS" (Finlandiya)
"Kayrat" (Qazaxıstan)
"Petrokub" (Moldova)
"Flora" (Estoniya)
"Linkoln" (Cəbəllütariq)
"Universitatya" (RUmıniya)
"Klaksvik" (Farer adaları)
"Drita" (Kosovo)
"Borats" (Bosniya və Herseqovina)
"Riqa" (Latviya).
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.(QOL.az)