“Saudi Aramco” neft şirkəti may ayında Asiyaya tədarük üçün əsas xam neft növünün qiymətini rekord həddə - regional etalondan 19,5 dollar yuxarı qaldırıb.
Reyting.az “Bloomberg” agentliyinə istinadla bildirir ki, söhbət flaqman markası olan Arab Light neftindən gedir.
Məlumata görə, asiyalı alıcılar üçün may ayında neftin qiymət regional etalondan 19,5 dollar yuxarı olacaq.
Qeyd olunur ki, treyderlər daha çox artım - təxminən 40 dollar gözləyirdilər.
Qiymət artımı qlobal neft tədarükünün əhəmiyyətli hissəsinin keçdiyi Hörmüz boğazı ətrafında gərginliyin artması fonunda baş verir. Agentliyin məlumatına görə, İranın Hörmüz boğazını bağlaması Fars körfəzindən xam neft ixracının kəskin azalmasına səbəb olub.
V. Quliyev