Advert
Advert

Səfir Sergey Lavrova sərt cavab verib 

Tarix:
Səfir Sergey Lavrova sərt cavab verib 
Reklam

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Ukrayna paytaxtı Kiyevdə fəaliyyət göstərən bütün xarici diplomatik nümayəndəliklər öz əməkdaşlarını təcili bu şəhərdən təxliyə etməlidirlər. 

Reyting.az xəbər verir ki, Sergey Lavrov bu məsələni ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı zamanı da müzakirə edib. 

Bildirilir ki, Lavrovun bu açıqlamasında qətiyyən kəskin xəbərdarlıq tonu yoxdur. Məlum olub ki, Rusiyanın XİN rəhbərinin söylədikləri tövsiyədir. Qeyd olunur ki, bu açıqlama təhdid sayıla bilməz, çünki Lavrov Kiyevdə səfirliyi olan xarici ölkələrə müraciət edib. Vurğulanır ki, bu, XİN rəhbərinin "yumşaq sərtliklə" xəbərdarlığıdır. 

Lavrov Kiyev şəhərində fəaliyyət göstərən xarici səfirliklərə səslənib, üstəlik, onlara məsləhət verib ki, səfirliklər diplomatlarını, hazırda Ukrayna paytaxtındakı bütün əcnəbi vətəndaşlarını şəhərdən çıxarsınlar. 

Lakin S. Lavrovun bu açıqlaması bir çox ölkələrin diplomatik korpusları tərəfindən qeyri-etik bir mesaj, təhdid kimi qarşılanıb. 

Avropa İttifaqının Ukrayna Respublikasındakı səfiri Katerina Maternova Rusiya tərəfinin bəyanatına sərt reaksiya verib. O, Lavrovun dediklərini "ikiüzlülüyün şah əsəri" adlandırıb. 

Maternova bildirib ki, Rusiya qorxu və xof yaratmağa çalışır, lakin Avropa İttifaqı Kiyevi tərk etməyəcək, o cümlədən də bu ölkəyə dəstəyini davam etdirəcək.

Polşa XİN də bununla bağlı açıqlama yayıb. Polşa dövləti öncədən xəbərdarlıq edib ki, Ukraynanın paytaxt şəhərində indən sonra belə müharibə şəraitində yenə əksər xarici ölkələrin səfirlikləri öz fəaliyyətlərinə davam edəcəklər. 

Həmçinin Rusiya XİN-nin diqqətinə çatdırılıb ki, Ukraynada fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklərə, eləcə də mülki infrastruktura Rusiya tərəfindən həyata keçirilə biləcəyi gözlənilən istənilən hücum aktı tamamilə məqsədli və qəsdən atılmış addım kimi qiymətləndiriləcək.

Oqtay Qorçu
 

Reklam