“ABŞ Prezidenti Donald Trampın iddialarına baxmayaraq, İran təslim olmayacaq və təzyiq altında danışıqlar aparmayacaq”.
Reyting.az xəbər verir ki, bunu İranın Qahirədəki səfiri Müctəba Firdovsi Pur TASS-a müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, İran ABŞ-ın güc mövqeyindən danışmasına icazə verməyəcək: “İran heç vaxt təslim olmayacaq, eyni zamanda təzyiq və növbəti hücum təhdidləri altında danışıqlar aparmayacaq".
Səfir qeyd edib ki, İran ABŞ-la danışıqlar zamanı raket proqramını və ya Tehranın dəstəklədiyi regional silahlı birləşmələr olan "Müqavimət oxu"nu müzakirə etməyi planlaşdırmır.
Diplomat sonda əlavə edib ki, ABŞ İslam Respublikasının nüvə dosyesi daxilindəki bütün qanuni hüquqlarına hörmət etməlidir.
Y. Qacar