Advert
Advert

Ruslar Poltavaya hücum edib: ölən və onlarla yaralı var

Tarix:
Ruslar Poltavaya hücum edib: ölən və onlarla yaralı var
Reklam

Rusiya ordusu gecə saatlarında Ukraynanın Poltava bölgəsinə raketlər və hücum dronları ilə kütləvi hücum edib, qaz təchizatı müəssisəsinə zərbə endirib. Hücum nəticəsində ölənlər və çoxsaylı yaralı var.

Reyting.az xəbər verir ki, bunu regional hərbi administrasiyanın rəhbəri bildirib. 

Onun sözlərinə görə, Poltava rayonunda iki yerdə birbaşa zərbələr və dağıntılar qeydə alınıb.

“Dörd ölüm hadisəsi məlumdur. Daha 31 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb”, - deyə administrasiya rəhbəri əlavə edib.

Hücum nəticəsində sənaye müəssisəsinə də ziyan dəyib, 3480 müştəri qazsız qalıb. Dəmir yolu infrastrukturu da zədələnib.

Əvvəlcə ruslar qaz hasilatı müəssisəsinə hücum edib. Dövlət Təcili Yardım Xidmətinin bölmələri hadisə yerinə gəlib böyük yanğını söndürməyə başlayanda Rusiya ikinci raket zərbəsi endirib.

İki xilasedici aldıqları xəsarətlər nəticəsində ölüb, 23 nəfər yaralanıb. Onlardan üçünün vəziyyəti ağırdır və tibb işçiləri həyatları uğrunda mübarizə aparırlar.

Onu da qeyd edək ki, dünən Rusiya və Ukrayna prezidentləri 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə atəşkəsə razılaşdıqlarını bildiriblər.
  
V. Quliyev
 

Reklam