Advert
Advert

Rusiyanın iki böyük desant gəmisi vurulub

Tarix:
Rusiyanın iki böyük desant gəmisi vurulub
Reklam

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) xüsusi təyinatlıları işğal altında olan Krımda Rusiyanın iki böyük desant gəmisinə zərbələr endiriblər. 

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb. 

Aprelin 18-dən 19-na keçən gecə baş verən hücumda söhbət 775 BDK “Yamal” və 1171 BDK “Nikolay Filçenkov” layihəsindən gedir.

Baş Kəşfiyyat İdarəsinin Teleqram mesajında deyilir: “Zərbə zamanı Rusiyanın Qara dəniz donanmasına aid gəmiləri Sevastopol körfəzində olub”.

Kəşfiyyat mənbələri qeyd edir ki, “Yamal” 1988-ci ildə inşa edilib, 112,5 metr uzunluğunda və 500 tona qədər yük, xüsusilə zirehli texnika və qoşun daşıya bilən gəmidir. Gəminin təxmini dəyəri 80 milyon dollardan çoxdur.

“Nikolay Filçenkov” 1975-ci ildə istehsal edilib, 1000 tona qədər yükgötürmə qabiliyyətinə malik gəmidir ki, bu da ona onlarla zirehli texnika və böyük eniş kontingentini daşımağa imkan verir. Gəminin təxmini dəyəri 70 milyon dollardan çoxdur.

Hücum nəticəsində hər iki gəminin sıradan çıxdığı bildirilir.

Bundan əlavə, müvəqqəti işğal olunan Sevastopolda kəşfiyyatçılar düşmənin dəyəri 5 milyon dollar olan “Podlet-K1” RLS-i də məhv ediblər.

Y. Qacar
 

Reklam