Advert
Advert

Rusiyanın din və idman xadimlərinə sanksiyalar tətbiq oluna bilər

Tarix:
Rusiyanın din və idman xadimlərinə sanksiyalar tətbiq oluna bilər
Reklam

Avropa İttifaqı Rusiyaya qarşı 21-ci sanksiyalar paketini bir sıra yüksəkvəzifəli məmurları və idman rəsmilərini də əhatə edəcək şəkildə genişləndirməyi nəzərdən keçirir.

Reyting.az xəbər verir ki, bu barədə “Euobserver” nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Avropa Komissiyası Rus Pravoslav Kilsəsinin Patriarxı Kirillə (Vladimir Qundyayev) və Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviçə qarşı viza məhdudiyyətləri tətbiq edilməsini və aktivlərinin dondurulmasını təklif edib. Onlar Rusiyanın Ukraynadakı hərəkətlərini açıq şəkildə dəstəkləməkdə və Moskvanın siyasətini legitimləşdirməkdə ittiham olunurlar.

Sanksiya siyahısına Rusiya idman ictimaiyyətinin digər tanınmış nümayəndələrinin də daxil edilməsi müzakirə olunur. Bunlar arasında Rusiyanın idman naziri Mixail Deqtyarev, Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili və Rusiya Olimpiya Komitəsinin sabiq rəhbəri Stanislav Pozdnyakov da yer alır.

Bundan başqa, Avropa Komissiyası bank və maliyyə sektorlarına qarşı əlavə tədbirlər, Rusiya neftinə yeni məhdudiyyətlər, mayeləşdirilmiş təbii qaz daşıyan tankerlərin satışına qadağa, eləcə də balıqçılıq sənayesinə qarşı ilk sanksiyaları nəzərdə tutan daha geniş məhdudiyyətlər paketi hazırlayır.

Qeyd olunur ki, yekun qərarın qüvvəyə minməsi üçün Avropa İttifaqına üzv ölkələrin liderləri tərəfindən yekdilliklə təsdiqlənməsi tələb olunur.

E. Kamal
 

Reklam