Rusiya xarici işlər naziri Sergey Lavrov Pekində Çinin xarici işlər naziri Vanq İ ilə danışıqlar aparır.
Reyting.az-ın xarici mediaya istinadla verdiyi məlumata görə, Lavrov deyib ki, Rusiya və Çin qlobal gərginliyin artması fonunda əsas beynəlxalq məsələlər üzrə koordinasiyanı gücləndirmək və Avrasiyada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılmasını müzakirə etmək niyyətindədirlər.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında qeyd edilir ki, hazırkı mərhələ beynəlxalq münasibətlər sistemi üçün “ağır sınaqlarla” səciyyələnir. Bu əsnada Lavrov Yaxın Şərqdəki vəziyyəti, Venesuela da daxil olmaqla Latın Amerikasındakı hadisələri və davam edən Ukrayna böhranını misal çəkib.
E. Kamal