Bu gün Rusiya ordusu Ukraynanın Xarkov, Poltava və Dnepropetrovsk vilayətlərindəki Ukrayna Dəmir Yolları İdarəsinin obyektlərinə hücum edib.
Reyting.az xəbər verir ki, Ukraynanın Yenidənqurma üzrə baş nazirinin müavini və ərazilərin inkişafı naziri Oleksiy Kuleba faktı təsdiqləyib.
Onun sözlərinə görə, səhər saat 7:30 radələrində düşmən PUA-sı Xarkov bölgəsində bir qatar vaqonunu məhv edib.
“İnsanlar təhlükəsizdir. Monitorinq mərkəzi işə salınıb və bu da konduktorun vaxtında mobil sığınacağa keçməsinə imkan verib. Lokomotiv heyəti də təhlükəsiz olub. Tələfat barədə ilkin məlumat yoxdur”, - Kuleba qeyd edib.
Poltava bölgəsində rusların dronu dizel lokomotivinin yaxınlığında relslərin arasına düşüb. Xəsarət alan olmayıb. Qatar vaqonu zədələnib və partlayış yanğına səbəb olub.
Baş nazirin müavini qeyd edib ki, Dnepropetrovsk bölgəsindəki stansiyaya daha bir Rusiya zərbəsi endirilib. Dron hücumu zamanı relslərdə olan elektrovoz zədələnib.
“Dronun təhlükəsi səbəbindən qatar əvvəlcədən dayandırılıb. Buna görə də işçilərə də əvvəlcədən xəbərdarlıq edilib və sığınacaq tapılıb. Tələfat olmayıb”, - Kuleba əlavə edib.
V. Quliyev