Advert
Advert

Rusiya Suriyadakı strateji hərbi bazaya gizli yük gəmisi göndərib

Tarix:
Rusiya Suriyadakı strateji hərbi bazaya gizli yük gəmisi göndərib
Reklam

Rusiya Suriyadakı strateji hava bazasını təchiz etmək üçün yük gəmisi göndərib. Bu addım Kremlin hakimiyyət dəyişikliyindən sonra Suriyadakı hərbi mövcudluğunu qorumaq niyyətini göstərə bilər. 

Reyting.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ rəsmilərinə və peyk görüntülərinin təhlilinə istinadla yazıb.

Qeyd olunur ki, “Sparta” yük gəmisi mart ayında Sankt-Peterburqdan yola düşüb və may ayında Suriyanın Tartus limanına çatıb. Yük gəmisini Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmiləri müşayiət edib.

Gəmi Xmeymim aviabazasını təchiz etmək üçün nəzərdə tutulmuş yük daşıyırdı. 

Nəşrin qeyd etdiyi kimi, bu, 2024-cü ilin sonlarında Bəşər Əsəd rejiminin süqutundan bəri Suriyadakı Rusiya hərbi obyektləri üçün qeydə alınmış ilk təchizat missiyasıdır.

May ayının ortalarında OSINT analitikləri hərbi gəmilərin müşayiəti ilə Suriyanın Tartus limanına Rusiya yük gəmisi “Sparta”nın gəlişini aşkar ediblər.

Karvan səyahət zamanı ciddi təhlükəsizlik tədbirləri görüb. Cəbəllütariq boğazından keçdikdən sonra bütün gəmilər transponderlərini söndürüb və ən azı iki gəmi saxta yer məlumatları ötürüb - bu da onların Baltik dənizində yerləşdiyini yalan şəkildə göstərib.
 
Xatırladaq ki, Suriyadakı vətəndaş müharibəsi və inqilabdan sonra keçmiş lider Bəşər Əsəd Rusiyaya qaçıb və bu günə qədər ailəsi ilə birlikdə gizlənir. Suriya hökuməti onun üçün qətl və işgəncə də daxil olmaqla, ağır cinayətlərdə ittiham olunaraq həbs orderi verib. Nəticə etibarilə, onun İnterpolun axtarış siyahısına salınması gözlənilir.

E. Kamal
 

Reklam