Advert
Advert

Rusiya ordusu Odessa və Kiyevə raket hücumuna başlayıb

Tarix:
Rusiya ordusu Odessa və Kiyevə raket hücumuna başlayıb
Reklam

Bu gecə Rusiya ordusu Odessaya dron və raketlərlə hücum edib. 

Reyting.az xəbər verir ki, ilkin məlumatlara görə, yeddi nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

Hava hücumu sirenləri bir neçə dəfə səsləndirilib. Əvvəlcə, dron hücumları nəticəsində Qara dənizdən bölgəyə onlarla pilotsuz uçuş aparatı (PUA) daxil olub. Səhər tezdən isə Odessaya raket hücumu nəticəsində şəhər boyunca güclü partlayış səsləri eşidilib.

“Gecə şəhər bir neçə raket və dron hücumu dalğası ilə qarşılaşdı. Təəssüf ki, altı nəfər itki var. Onların ailələrinə və dostlarına dərin hüznlə başsağlığı verirəm. Daha 11 nəfər yaralanıb və bütün lazımi tibbi yardımı alırlar”, - Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak bildirib.

Daha sonra o, ölənlərin sayının 7-yə çatdığını dəqiqləşdirib.

Rusiya qüvvələri paytaxt Kiyevə də hücum edib. Paytaxtda baş verən hücumda bir uşaq da daxil olmaqla dörd nəfər ölüb. Əlli dörd nəfərin də yaralandığı bildirilir.

E. Kamal

 

Reklam