Advert
Advert

Rusiya ordusu ciddi təminat problemi ilə üzləşib

Tarix:
Rusiya ordusu ciddi təminat problemi ilə üzləşib
Reklam

Kerç boğazında qatar bərəsi sıradan çıxan Rusiya ordusunun lojistikası ciddi zərbə alıb. Bunu Ukrayna Hərbi Dəniz Qüvvələrinin 1-ci dərəcəli kapitanı (ehtiyatda) Andrey Rıjenko bildirib.

Reyting.az-ın məlumatına görə, A. Rıjenko Rusiyanın Kerçdəki son qatar bərəsinin məhv edilməsinin Krımdakı Rusiya kontingentinin təchizatına necə təsir edəcəyi ilə bağlı suala da cavab verib. Ehtiyatda olan hərbçi deyib ki, bu bərə əsasən, yarımadadakı Rusiya ordusunun Ukraynanın cənubunda fəaliyyət göstərən qruplarını gücləndirmək, təchizatla təmin etmək və yenidən qurmaq vəzifəsi daşıyır.

“Daimi yanacaq, silah və sursat tələb olunur. Bunun üçün Krım körpüsündən istifadə etməməyə çalışırlar. Lakin onlar qatar bərələrindən fəal şəkildə istifadə ediblər”, - deyə Rıjenko əlavə edib.

Ekspert bərənin sıradan çıxmasını logistikaya ciddi zərbə adlandırıb. Onun sözlərinə görə, yükün Krım körpüsündən keçməkdən başqa alternativi yoxdur.

Rıjenko Feodosiyadakı neft terminalına dəyən ziyanı da xatırladıb. Onun hesablamalarına görə, ən azı 60.000 ton yanacaq itirilib.

“Bu cür ciddi zərbələr seriyası Krımdakı hərbi qrupu döyüş gücündən, təchizatı bərpa etmək qabiliyyətindən məhrum edir”, - deyə Rıjenko vurğulayıb.

Xatırladaq ki, 5-6 aprel gecəsi Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Aktiv Əməliyyatlar İdarəsi Kerç boğazında rus ordusunun sonuncu suda qalan qatar bərəsi olan Slavyanin bərəsini sıradan çıxarmaq üçün dron zərbələrindən istifadə edib.

V. Quliyev
 

Reklam