Rusiyanın Müdafiə Nazirliyi “təcavüz təhdidi altında nüvə qüvvələrinin hazırlanması və istifadəsi” üzrə təlimlərin başladığını elan edib.
Reyting.az xəbər verir ki, manevrlərin 19-21 may tarixlərində keçiriləcəyi, prosesdə 64.000-dən çox hərbçi və 7800-dən çox texnikanın iştirak edəcəyi bildirilir.
Təlimlərdə Strateji Raket Qüvvələri (SMF), Sakit Okean Donanması və Şimal Donanması iştirak edəcək.
Nazirliyin məlumatına görə, Rusiya Silahlı Qüvvələri Belarusda yerləşdirilən nüvə silahlarının birgə təlimi və istifadəsini həyata keçirəcək.
“Mediazona” bildirir ki, təlimlərdə 200 raket buraxıcısı da iştirak edir.
Qeyd olunur ki, nüvə təlimlərinin məqsədi düşməni çəkindirmək üçün hərəkətlər etmək və qoşunların hazırlıq səviyyəsini yoxlamaqdır.
Xatırladaq ki, 18 mayda Belarus Müdafiə Nazirliyi Rusiya ordusu ilə birgə nüvə zərbəsi təlimləri elan edib. Bildirilib ki, hərbi hissələr nüvə silahlarının döyüş istifadəsi və nüvə dəstəyi üzrə təlimlərə başlayıb. Təlimlərin məqsədi şəxsi heyətin hazırlıq səviyyəsini artırmaq, silahların, hərbi və xüsusi texnikanın tapşırıqlar üçün hazırlığını yoxlamaq və planlaşdırılmamış ərazilərdən döyüş istifadəsini təşkil etməkdir. Təlimlərdə Raket Qüvvələri və Aviasiyanın hərbi bölmələri iştirak edir.
E. Kamal