Advert
Advert

Rusiya neftinə qarşı sanksiya bərpa olunub

Tarix:
Rusiya neftinə qarşı sanksiya bərpa olunub
Reklam

ABŞ Rusiya neftinə qarşı sanksiyaları bərpa edib. Hörmüz boğazının blokadasından sonra xam neft tədarükünə tətbiq olunan güzəşt bu həftə sonu başa çatıb.

Reyting.az “Politico”ya istinadla bildirir ki, bu, Ukrayna tərəfdarlarını sevindirsə də, Rusiyanın ABŞ sanksiyalarından yayınmaq üçün çoxlu yolu var.
 
Demokrat senatorun adı çəkilməyən köməkçisi deyib ki, müvəqqəti ABŞ neft satış lisenziyası verilməzdən əvvəl belə, Rusiya xam nefti bazara daxil olurdu.
Mənbənin sözlərinə görə, Tramp administrasiyası bir ildən çoxdur ki, sanksiyalardan yayınmaya görə Rusiyaya qarşı heç bir sanksiya tətbiq etməyib - istər neft satışı, istərsə də Kremlin hərbi maşını üçün vacib alışlar olsun.

Həm Respublikaçı, həm də Demokrat administrasiyaları dövründə dövlət katibinin Avropa məsələləri üzrə müavini işləmiş Daniel Frid ruslara fasilə verməyin ağılsızlıq olduğunu bildirib. 

O, Tramp administrasiyasının neft gəlirlərinin yalnız qida və dərman üçün istifadə etmək məqsədilə xüsusi hesaba köçürülməsini tələb edə və Rusiyaya vəsait axınını azaltmaq üçün neft qiymət limitini endirə biləcəyini qeyd edib. 

Demokrat senatorun köməkçisi isə qeyd edib ki, Rusiya neft vergi güzəştlərinin müddəti bitməsi heç də qeyd olunası bir səbəb deyil. İndi Rusiya vasitəçiləri “daha bir qələbə” gözləyərək nefti tankerlərə yükləməkdə daha fəal olacaqlar.

V. Quliyev

Reklam