Advert
Advert

Rusiya kəşfiyyatı Avropada diversiyalara hazırlaşır? 

Tarix:
Rusiya kəşfiyyatı Avropada diversiyalara hazırlaşır? 
Reklam

Latviyanın Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidməti tərəfindən təqdim olunan 2025-ci il hesabatında Rusiya ilə Belarusun hərbi kəşfiyyatının lehinə casusluq edən 7 şəxsin adını açıqlanıb.

Reyting.az-ın məlumatına görə, bu kəşfiyyatçılardan 6 nəfəri Rusiya Baş Kəşfiyyat İdarəsinin zabitləridir. Digər casusun isə Belarus Silahlı Qüvvələri Baş Qərargahının peşəkar kadrı, kəşfiyyat xidmətinin əməkdaşı olduğu bildirilib. 

Hesabatdakı məlumatlardan aydın olur ki, ümumiyyətlə, Belarus dövlətinin kəşfiyyatı faktiki olaraq Rusiya ilə sıx əməkdaşlıq edir və hər məlumatın toplanması üçün aparılan bütün əməliyyatlar Moskvanın nəzarəti altında bu ölkənin xeyrinə olur. 

2026-cı ildə ilk dəfə ictimaiyyətə bu məxfi hesabatı açıqlayan Latviya Hərbi Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin ümumi analitik qiymətləndirməsinə görə, Rusiya kəşfiyyatı hələ də Avropa üçün böyük təhlükə olaraq qalır. 

Hesabatda həmçinin vurğulanıb ki, hazırda mümkün müharibə şəraitində belə Rusiya Baş Kəşfiyyat İdarəsi Avropa ərazisində, o cümlədən Latviyada öz agentləri vasitəsilə diversiya metodlarından istifadə edə bilər.

Oqtay QORÇU
 

Reklam