Rusiya Müdafiə Nazirliyi Prezident Vladimir Putinin qərarı ilə 8-9 may tarixlərində Ukrayna ilə atəşkəs elan ediləcəyini açıqlayıb.
Reyting.az-ın məlumatına görə, nazirlik bəyan edib ki, bu qərar Sovet xalqının Böyük Vətən Müharibəsindəki qələbəsinin şərəfinə qəbul olunub.
Müdafiə Nazirliyi ümid edir ki, Ukrayna tərəfi də bu addımı izləyəcək.
Ukrayna Prezidenti Vladimir Zelenski də mayın 6-sı gecə yarısından etibarən atəşkəs elan edəcəyini bildirib. O, “Telegram” kanalında yazıb ki, Kiyev atəşkəs şərtləri ilə bağlı heç bir rəsmi sorğu almayıb.
“Biz inanırıq ki, insan həyatı istənilən ildönümü qeyd etməsindən müqayisəolunmaz dərəcədə daha dəyərlidir. Buna görə də 5-dən 6-na keçən gecə yarısından etibarən atəşkəs elan edirik”, - deyə Zelenski qeyd edib.
Ukrayna Prezidenti bildirib ki, həmin vaxta qədər atəşkəsin təmin edilməsi realdır. Ukrayna lideri əlavə edib ki, Kiyev bundan sonra da bu yanaşmanı davam etdirəcək.
Xatırladaq ki, Zelenski dünən İrəvanda jurnalistlərə açıqlamasında Ukraynanın Rusiyadan hər hansı atəşkəs təklifi almadığını bildirmişdi.
Y. Qacar