Advert
Advert

Rusiya gecə ərzində 327 PUA vurub

Tarix:
Rusiya gecə ərzində 327 PUA vurub
Reklam

İyulun 2-nə keçən gecə hava hücumundan müdafiə qüvvələri Rusiya ərazisi üzərində Ukrayna Silahlı Qüvvələrinə  məxsus 327 pilotsuz uçuş aparatını (PUA) məhv edib. 

Reyting.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, iyulun 1-i saat 20:00-dan iyulun 2-si saat 07:00-dək hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 327 təyyarə tipli PUA-nı aşkarlayaraq vurub.

Məlumata görə, PUA-lar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Leninqrad, Nijni Novqorod, Novqorod, Oryol, Pskov, Rostov, Saratov, Tambov və Tula vilayətləri, həmçinin Moskva vilayəti, Krasnodar diyarı, Krım, eləcə də Azov və Qara dəniz üzərində məhv edilib.

Rusiya Müdafiə Nazirliyi, həmçinin Kiyev və ətrafında yerləşən hədəflərə genişmiqyaslı cavab zərbələri endirildiyini bildirib. Qeyd olunur ki, zərbələr müdafiə sənayesi müəssisələrini və yanacaq-enerji infrastrukturu obyektlərini hədəf alıb.

Bundan əlavə, nazirlik Ukraynanın Kiyev, Dnepropetrovsk, Poltava, Çerkası və Çerniqov vilayətlərində yerləşən hərbi aerodromların da vurulduğunu açıqlayıb.

Bundan əvvəl isə Rusiya ordusunun Nikolayev vilayətində pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələrə zərbələr endirdiyi bildirilmişdi.

V. Quliyev
 

Reklam