Advert
Advert

Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəkləyir

Tarix:
Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasını dəstəkləyir
Reklam

Rusiya Ermənistan-Türkiyə münasibətlərinin normallaşma prosesini alqışlayır. 

Reyting.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Türkiyə xarici işlər naziri Hakan Fidanın 15-17 iyun tarixlərində Moskvaya gözlənilən işgüzar səfəri ilə bağlı verdiyi açıqlamada deyilir.

Nazirliyin bəyanatında qeyd olunur ki, xüsusi vurğu nəqliyyat əlaqələri və kommunikasiyalarının açılması da daxil olmaqla, Zaqafqaziyada əməkdaşlığın genişləndirilməsi perspektivlərinə və regionun münaqişədən sonrakı bərpasına yönəlib:

“Rusiya və Türkiyə dinc və proqnozlaşdırıla bilən Cənubi Qafqazda maraqlıdırlar.

Buna 3+3 Regional Əməkdaşlıq Platforması çərçivəsində birgə səylər vasitəsilə nail olmaq mümkündür".

E. Kamal

Reklam