Advert
Advert

Rusiya adanı ələ keçirməyi planlaşdırır 

Tarix:
Rusiya adanı ələ keçirməyi planlaşdırır 
Reklam

İsveç Silahlı Qüvvələrinin Baş Komandanı Maykl Klaesson Rusiyanın Şimali Atlantika Müqaviləsi Təşkilatını (NATO) sınaqdan keçirməyi planlaşdırdığını bildirib. 

Reyting.az-ın məlumatına görə, bu barədə “The Times” qəzeti yazıb.

Klaesson iddia edir ki, Ukraynadakı münaqişə bitdikdən sonra Rusiya NATO-nun gücünü yoxlamaq üçün Baltik dənizindəki bir adaya nəzarəti ələ keçirməyi planlaşdırır. 

Baş Komandan İsveçin belə bir ssenariyə fəal şəkildə hazırlaşdığını vurğulayıb.

Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl NATO-nun ABŞ və İsrailin İrana qarşı müharibəsinə cəlb olunduğunu bildirmişdi. Nazir əlavə etmişdi ki, oxşar ssenari Ukraynadakı münaqişədə də müşahidə olunub.

E. Kamal
 

Reklam