Advert
Advert

Rumıniya Moldovada strateji limanı satın alıb

Tarix:
Rumıniya Moldovada strateji limanı satın alıb
Reklam

Rumıniyanın yerli şirkəti Dunay çayının üzərində yerləşən, eyni zamanda, Ukrayna sərhədinə yaxın olan Cürcüleşti limanının operatorunu satın alıb. Söhbət "Danube Logistics" şirkətinin Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən satılmasından gedir.

Reyting.az xəbər verir ki, alıcının Konstanța Liman İdarəsi olduğunu bildirsələr də, yeni müqavilənin məbləği barədə açıqlama verilməyib. 

Rumıniya rəsmiləri bildiriblər ki, investisiya limanın genişləndirilməsinə, o cümlədən infrastrukturun modernləşdirilməsinə və Qara dəniz–Dunay regionunda mövqelərin möhkəmləndirilməsinə çox xidmət edəcək.  

Rumıniya tərəfi vurğulayıb ki, bu uğurlu yenilik Moldova Respublikası ilə iqtisadi əlaqələri gücləndirməklə, ticarət daşımalarının fasiləsiz həyata keçirilməsini də təmin edəcək.

Qeyd edək ki, Cürcüleşti limanı Moldovanın su yolu ilə həyata keçirilən idxal-ixracının təxminən 70 faizdən çoxunu təmin edir və bu keçid gələcəkdə Ukraynanın bərpasında da rol oynaya bilər.

Oqtay Qorçu

Reklam