Roma Papası XIV Leo Ukraynada hərbi əməliyyatların dayandırılmasına və dialoqun başlanmasına çağırıb.
Reyting.az xəbər verir ki, “Reuters” agentliyi Papadan sitat gətirib: “Silahlar susdurulmalı və bundan sonra dialoq aparılmalıdır”.
Papa Anqolanın paytaxtı Luanda yaxınlığındakı Kilamba qəsəbəsində bazar günü etdiyi çıxışda münaqişənin mülki əhaliyə ağır təsir göstərdiyini vurğulayıb.
O, həmçinin İsrail ilə Livan arasında əldə olunan atəşkəsi “sülh üçün ümidverici nümunə” adlandırıb.
Roma Papası Afrika səfərinə aprelin 13-də Əlcəzairdən başlayıb, daha sonra Kameruna səfər edib və Anqoladan sonra Ekvatorial Qvineyaya yollanacaq.
V. Quliyev