Papa XIV Leo ABŞ prezidenti Donald Trampdan İrandakı hərbi əməliyyatlara son qoymasını istəyib.
Reyting.az xəbər verir ki, bu barədə “Messaggero” qəzeti yazıb.
Pontifik Amerika lideri ilə danışdığını və müharibəyə son qoymasını xahiş etdiyini, bunun Pasxa bayramından əvvəl baş verəcəyinə ümid etdiyini bildirib.
Papa XIV Leo deyib ki, bəlkə də Pasxa bayramında atəşkəs elan oluna bilər, artıq bunun əlamətləri də var: “Bəlkə də müharibə Pasxa bayramından əvvəl bitəcək, ümid edək”.
V. Quliyev