Hazırda icarə əsasında "Başakşəhər"də oynayan "Roma"nın hücumçusu Eldor Şomurodov İstanbul klubunda tam hüquqlu oyunçu olacaq.
Reyting.az xəbər verir ki, 30 yaşlı hücumçu 2026-cı ilin iyul ayından etibarən komanda ilə müqavilə imzalayacaq.
Hücumçunun icarə müqaviləsindəki məcburi satınalma maddəsi aktiv edilib. "Başakşəhər" özbəkistanlı futbolçu üçün ümumilikdə 5,8 milyon avro ödəyib.
Qeyd edək ki, Şomurodov bu mövsüm Türkiyə Superliqasında 30 oyun keçirib, 18 qol vurub və 4 məhsuldar ötürmə edib.(Matc.az)