Slovakiyanın Baş naziri Robert Fitso Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya gedəcək, lakin Qələbə Günü münasibətilə keçiriləcək hərbi paradda iştirak etməyəcək.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, R. Fitso bu barədə İrəvana səfəri zamanı bildirib.
Baş nazir deyib: “Qırmızı Ordunun naməlum əsgərinin məzarı önünə gül dəstələri qoyaraq, Slovak xalqının azad edilməsinə görə minnətdarlığımı bildirəcəyəm və Putinlə qısa görüşüm olacaq. Bu qədər. Mən hərbi parada getmirəm”.
E. Kamal