Advert
Advert

Revanşist qüvvələr Azərbaycanla yeni gərginlik yaratmağa çalışırlar

Tarix:
 Revanşist qüvvələr Azərbaycanla yeni gərginlik yaratmağa çalışırlar
Reklam

Ermənistanda parlament seçkiləri ilə bağlı təbliğat kampaniyası davam edir. Müşahidələr göstərir ki, revanşist qüvvələr və Rusiyanın bu ölkədəki “beşinci kolonu” nəyin bahasına olursa-olsun, Ermənistanda vəziyyəti gərginləşdirməyə çalışır.

Bunu “Reytinq” qəzetinə açıqlamasında professor Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Rusiyadan Ermənistanla bağlı verilən açıqlamalarda da təhdid ritorikası açıq şəkildə hiss olunur. Bununla yanaşı, hazırda Ermənistanda hakimiyyətdə olan komanda ciddi təbliğat-təşviqat kampaniyası aparır və seçkilərdə qalib gəlmək şansı daha yüksək görünür.

Q. Hüseynli əmindir ki, Ermənistandakı Rusiyaya bağlı revanşist siyasi qüvvələrin, eləcə də Rusiyanın atdığı addımların məntiqi sonluğu Azərbaycana qarşı hesablanıb.

Professor qeyd edib ki, revanşist qüvvələr hakimiyyətə gəldikləri təqdirdə ilk növbədə Azərbaycanla yeni formalaşan münasibətləri pozmağa çalışacaqlar.

“Müsbət hal ondan ibarətdir ki, qardaş Türkiyə regiona daxil olub və burada tədricən möhkəmlənir. Eyni zamanda Azərbaycan bu gün qüdrətli dövlətdir və hərbi-siyasi baxımdan Ermənistandan qat-qat güclüdür. Bundan əlavə, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsi mövcuddur. Hesab edirəm ki, ehtiyac yaranacağı halda, həmin sənədə əsasən müttəfiq və qardaş ölkələr bir-birinə hərtərəfli dəstək göstərəcəklər.

Digər tərəfdən, Azərbaycan sülh gündəliyi ilə çıxış edir, regionda sabitlik və qarşılıqlı faydalı əməkdaşlıq təklif edir. Bütün bunlar həm müsbət yanaşmadır, həm də region ölkələrinin maraqlarına cavab verir”.

Nemət Orucov
Reyting.az
 

Reklam