Advert
Advert

Rekord istilər Britaniyada xəstəxanaların işini çətinləşdirib

Tarix:
Rekord istilər Britaniyada xəstəxanaların işini çətinləşdirib
Reklam

Böyük Britaniyada rekord istilər müşahidə olunur. Bu səbəbdən bəzi tibb müəssisələri xidmətlərini azaltmağa məcbur olub və iyun ayında bir sıra cərrahi əməliyyatların təxirə salına biləcəyi bildirilir.

Reyting.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

Məlumata görə, ölkənin cənubundakı bəzi ərazilərdə havanın temperaturu iyun ayı üçün rekord həddə çataraq 36 dərəcə Selsiyə yüksəlib. İsti hava şəraiti ilə əlaqədar bir neçə səhiyyə müəssisəsində fövqəladə vəziyyət elan edilib. Soyutma sistemlərinin qeyri-kafi olması ciddi problemlər yaradıb. Bəzi əməliyyat otaqları, diaqnostika şöbələri və digər xəstəxana bölmələri təhlükəsizlik səbəbindən tam fəaliyyət göstərə bilməyib.

Birmingham Universitetinin alimlərinin hesablamalarına görə, həftənin ən isti dörd günündə 1400-4000 arasında əməliyyatın təxirə salınması mümkündür. Buna səbəb işçi çatışmazlığı, təhlükəsiz olmayan əməliyyat şəraiti və isti hava səbəbindən tibbi yardıma ehtiyacı olan insanların sayının artmasıdır.

Böyük Britaniyanın İqlim Dəyişikliyi Komitəsinin məlumatına görə, xəstəxanaların təxminən 90 faizi yüksək temperaturun təsirlərinə qarşı həssasdır. Bəzi palatalarda temperatur, hətta çöldə hava nisbətən sərin olduqda belə, 30 dərəcə Selsidən yuxarı qalxa bilir.

V. Quliyev

Reklam