Rejissor Qay Riçi "Qanqsterland" serialı ilə bağlı yaranmış münaqişənin həllinə kömək edib. Nəticədə aktyor Tom Hardinin serialın üçüncü mövsümündə çəkilməsi ilə bağlı razılıq əldə olunub.
Reyting.az xəbər verir ki, "Paramount+" platformasının istehsalı olan "Qanqsterland" kriminal serialında baş rolu canlandıran Tom Hardinin layihədə iştirakını davam etdirib-etdirməyəcəyi ilə bağlı mübahisələrə nəhayət son qoyulub. Artıq həm kino şirkəti, həm də serialın yaradıcı heyəti aktyorun üçüncü mövsümdə çəkiləcəyini təsdiqləyib.

Qay Riçi
Məlumata görə, gərginliyin əsas səbəbi baş rol ifaçısı Tom Hardi ilə serialın ssenaristi və şouranneri Cez Batteruort arasında yaradıcılıqla bağlı yaranmış fikir ayrılığı olub. Bu səbəbdən Hardinin layihəni tərk edə biləcəyi ilə bağlı müxtəlif iddialar səsləndirilirdi.
"Deadline" nəşrinin məlumatına əsasən, Londonda keçirilən görüş zamanı tərəflər razılığa gəliblər. Danışıqlarda serialın prodüseri Devid Qlasser və rejissor Qay Riçi də iştirak ediblər.
Beləliklə, serialın əsas aktyor heyəti demək olar ki, dəyişməyəcək. Nəşrin yazdığına görə, əvvəlki mövsümdə olduğu kimi, Tom Hardi, Helen Mirren və Pirs Brosnan yeni mövsümün də əsas heyətində yer alacaqlar.
Oqtay Qorçu