Advert
Advert

Rejissor həbs cəzasına məhkum edilib

Tarix:
 Rejissor həbs cəzasına məhkum edilib
Reklam

"47 Ronin" filminin rejissoru kimi tanınmış Hollivud sənətçisi Karl Rinş "Netflix" yayım platformasını aldatmaqla, dələduzluq yolu ilə 11 milyon dolları mənimsəməkdə təqsirli bilinib. O, 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Reyting.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Məlumata görə, məhkəmə prosesində məşhur rejissorun psixoloji problemləri olduğu nəzərə alınsa da, hakim deyib ki, Rinş məqsədli şəkildə şirkətə yalan danışıb, tamamilə düşünülmüş plana uyğun olaraq pullar yuyulması və dələduzluq yolu ilə həmin vəsaiti ələ keçirib.

İstintaqa əsasən, Hollivud kinorejissoru "Netflix"in elmi-fantastik janrda serial lentə almaq məqsədilə ayırdığı milyonlarla dolları çəkilişlərə deyil, kriptovalyutaya, həmçinin lüks avtomobillərə və digər şəxsi xərclərinə sərf edib. Daha sonra isə o, şirkətdən əlavə daha 11 milyon dollar alıb. Məlumata görə, Rinş "Netflix" platformasından əldə etdiyi həmin vəsaiti də "Dogecoin" kriptovalyuta proqramına yatırıb.

Xatırladaq ki, "Netflix" platforması 2019-cu ildə kinorejissor Karl Rinşlə ümumi dəyəri 61 milyon dollar olan layihə üzrə müqavilə bağlasa da, serial tamamlanmayıb.

Oqtay Qorçu
 

Reklam