Advert
Advert

Ərdoğan Trampla həmrəy olduğunu bildirib

Tarix:
Ərdoğan Trampla həmrəy olduğunu bildirib
Reklam

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefon danışığı aparıb.

Reyting.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya şöbəsi məlumat yayıb.

Ərdoğan Vaşinqtonda Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində baş verən silahlı hücum cəhdindən sonra Trampla həmrəyliyini ifadə edib.

"Prezident Ərdoğan hadisəni demokratiya və mətbuat azadlığına qarşı alçaq bir hərəkət hesab etdiyini və yaralı təhlükəsizlik işçisinin tezliklə sağalmasını arzuladığını bildirib", - deyə bəyanatda bildirilir.

Y. Qacar
 

Reklam