Advert
Advert

Ərdoğan: İran-ABŞ sülh prosesini pozmaq qəbuledilməzdir

Tarix:
Ərdoğan: İran-ABŞ sülh prosesini pozmaq qəbuledilməzdir
Reklam

“İranla ABŞ arasında sülh prosesini pozmaq qəbuledilməzdir”.

Reyting.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AK Partiya) Böyük Millət Məclisindəki parlament fraksiyasının iclasında deyib.

Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, İran və ABŞ arasında danışıqların müsbət nəticələnməsinə ümidini itirməyib.

Ərdoğan bildirib ki, danışıqlar yumruqlar sıxılmış şəkildə aparılmır: “Silahların diplomatiyaya yenidən hakim olmasına, atəşkəsdə maraqlı olmayan İsrailin prosesi sabotaj etməsinə icazə verə bilmərik. Sülhə diqqət yetirsək, bir çox problem həll edilə bilər. Biz həmişə "ölkədə sülh, bölgədə sülh, dünyada sülh" şüarı altında sülhün səsi və sülh təşəbbüslərinin lideri olmağa hazırıq. Heç kim cəsur ürəkləri susdura bilməz".

V. Quliyev

Reklam