“Münaqişələrə və gərginliklərə baxmayaraq, Türkiyə regionun ən güclü və ən sabit ölkəsi olaraq qalır”.
Reyting.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra deyib.
“Anadolu” agentliyinin məlumatına görə, Avropa İttifaqı (Aİ) ilə münasibətlərə də toxunan Ərdoğan qeyd edib ki, Aİ-nin Ankara ilə bağlı strateji qeyri-müəyyənliyi onun bir çox qurumlarında davam edir. "Artıq başa düşməliyik ki, Türkiyənin tamhüquqlu üzvü olmadığı Aİ qlobal oyunçu və ağırlıq mərkəzi ola bilməz", - deyə Ərdoğan vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı Türkiyənin konstruktiv mövqeyinə dəyər verməli və onu təhlükəyə ata biləcək hərəkətlərdən çəkinməlidir. "Bu gün Avropanın Türkiyəyə ehtiyacı Türkiyənin Avropaya ehtiyacından daha çoxdur. Sabah bu ehtiyac daha da artacaq", - deyə Ərdoğan əlavə edib.
Y. Qacar