İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan rəsmiləri ilə məsləhətləşmələr aparmaq üçün yenidən Pakistana səfər edib.
Reyting.az xəbər verir ki, bu barədə İranın "Tasnim" xəbər agentliyi məlumat yayıb.
Nəşr qeyd edir ki, səfərlərin səbəbi Tehranın nüvə proqramı ilə bağlı məsələlər deyil.
Agentliyin qeyd etdiyi kimi, Əraqçi Pakistan, Oman və Rusiyaya səfərləri də daxil olmaqla regional turnedədir. İslamabada çatdıqdan və daha sonra Omana səfər etdikdən sonra o, Pakistana qayıdıb. Bu səfərlər zamanı İran tərəfi vasitəçi ölkə kimi Pakistanı müharibəyə son qoymaq üçün lazım olan şərtlər barədə məlumatlandırıb.
Müzakirələr Hörmüz boğazında yeni hüquqi rejimin tətbiqi, kompensasiya ödənişləri və bundan sonra "təcavüzkarın işğalı" olmayacağına dair zəmanətlərlə bağlıdır.
Dəniz blokadası və digər məsələlərin də müzakirə olunduğu bildirilir.
E. Kamal