Advert
Advert

Əraqçi ABŞ nümayəndələri ilə görüşdən imtina edib?

Tarix:
Əraqçi ABŞ nümayəndələri ilə görüşdən imtina edib?
Reklam

İranın xarici işlər naziri Abbas Əraqçi Pakistana səfəri çərçivəsində ABŞ nümayəndələri ilə görüş keçirməyi planlaşdırmır.

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Əraqçinin İslamabada səfəri ABŞ-la danışıqlarla bağlı deyil, Pakistan tərəfi ilə ikitərəfli münasibətlər və regiondakı vəziyyətin müzakirəsinə həsr olunacaq.

Səfərin diplomatik məsləhətləşmələr xarakteri daşıdığı vurğulanır.(APA)

***

Qeyd edək ki, bir müddət əvvəl xarici KİV-lər hökumət mənbələrinə istinadla bildiriblər ki, A. Əraqçinin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistana ABŞ ilə danışıqların ikinci mərhələsində iştirak etmək üçün gedir.

Reklam