Amerika qüvvələrinin İran gəmilərinə təhdidləri və Vaşinqtonun Tehrana qarşı məntiqsiz tələbləri ABŞ-ın Fars körfəzindəki vəziyyətin həllində ciddi olmadığını təsdiqləyir.
Reyting.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi Pakistan Xarici İşlər Nazirliyinin rəhbəri İshaq Dar ilə telefon danışığı zamanı bildirib.
Onun sözlərinə görə, İran limanlarına və gəmilərinə qarşı təhdidlər, eləcə də Vaşinqtonun məntiqsiz tələbləri ABŞ-ın regional həllə sadiq olmadığını nümayiş etdirir.
Əraqçinin fikrincə, ABŞ-ın ziddiyyətli mövqeyi və atəşkəs rejimini pozması Amerikanın pis niyyətlərini nümayiş etdirir.
İranın xarici işlər naziri ölkəsinin "maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcəyini" vurğulayıb. O, həmçinin "regionda sülhün və təhlükəsizliyin qorunması üçün məsləhətləşmələrin davam etdirildiyini" bildirib.
V. Quliyev