Advert
Advert

Rəsul Quliyevin partiyası YAP-a birləşir? - Açıqlamalar

Tarix:
Rəsul Quliyevin partiyası YAP-a birləşir? - Açıqlamalar
Reklam

Milli Məclisin sabiq sədri, hazırda ABŞ-də yaşayan Rəsul Quliyevin fəxri sədri olduğu Gələcək Azərbaycan Partiyasının (GAP) fəaliyyətini dayandıraraq üzvlərinin Yeni Azərbaycan Partiyasına (YAP) birləşmək üçün müraciət etməsi ilə bağlı məlumatlar var.

Reyting.az xəbər verir ki, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Azər Badamov Modern.az-a açıqlamasında onlara belə bir rəsmi müraciətin daxil olmadığını, gələcəkdə belə bir addım atılarsa, rəhbər orqanlar tərəfindən siyasi və hüquqi aspektlər nəzərə alınmaqla qərar qəbul oluna biləcəyini bildirib:

Azər Badamov Gələcək Azərbaycan Partiyasından YAP-a birləşmək istəyi ilə bağlı partiyanın İdarə Heyətinə hər hansı rəsmi müraciət etmədiyini bildirib: "Təbii ki, gələcəkdə belə bir müraciət təqdim olunarsa, məsələ partiyanın rəhbər orqanlarında geniş şəkildə müzakirə edilərək siyasi və hüquqi aspektlər nəzərə alınmaqla müvafiq qərar qəbul oluna bilər. Ümumilikdə, Azərbaycanda sağlam siyasi münasibətlərin formalaşması, milli maraqlar ətrafında həmrəyliyin gücləndirilməsi və dövlətçilik ənənələrinin qorunması baxımından siyasi qüvvələrin konstruktiv əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır. Bu mənada, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasına birləşmək istəyən siyasi təşkilatların təşəbbüsləri demokratik siyasi proseslərin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.

Rəsul Quliyevin Azərbaycandakı təmsilçisi, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu da birləşəmk barədə xəbəri təkzib edib. Ancaq Rəsul Quliyevin son sosial media paylaşımları birləşmək barədə iddiaları inandırıcı edir.

Reklam