Macarıstanda parlament seçkiləri üzrə səsvermə başa çatıb.
Reyting.az xəbər verir ki, bu barədə Macarıstan Milli Seçki Bürosu (NVI) məlumat yayıb.
Bildirilir ki, seçki məntəqələri yerli vaxtla saat 19:00-da bağlansa da, növbədə olan seçicilərə səsvermə imkanı yaradılıb.
Seçkilərdə iştirak həddi tətbiq olunmur və seçkilər baş tutmuş sayılır.
İlkin məlumata görə, seçici fəallığı 77,8 faiz təşkil edib ki, bu da rekord göstəricidir.
***
Son məlumata görə, Macarıstanda keçirilən seçkilərin qalibi müxalifət partiyasıdır. Baş nazir Viktor Orban rəqib “Tisa” partiyasını qələbə münasibətilə təbrik edib.
"Reuters"in məlumatına görə, səslərin 60,24 faizi sayıldıqdan sonra “Tisa” 136 mandat qazanaraq konstitusion çoxluq əldə edib.
Hakim “Fides” koalisiyası 56, “Bizim Vətən” partiyası isə 7 yer qazanıb.
“Tisa”nın lideri Peter Macar "X" sosial şəbəkəsində yazıb ki, Orban ona zəng vuraraq, təbrik edib.
***
Baş nazir Viktor Orban parlament seçkilərində partiyasının məğlubiyyətini etiraf edib.
Reyting.az-ın məlumatına görə, Macarıstan hökumətinin başçısı bildirib ki, hakim siyasi qüvvə səsvermənin yekunlarına görə məğlub olub.
***
Macarıstanda səslərin 95,63 faizi hesablandıqdan sonra müxalif “Tisa” partiyasının parlamentdəki 199 yerdən 138-ni qazandığı məlum olub. Ölkənin baş naziri Viktor Orban parlament seçkilərinin ilkin nəticələrini partiyası üçün “ağrılı” adlandırıb.
Reyting.az-ın məlumatına görə, Orban tərəfdarları qarşısında çıxış edərkən deyib ki, seçkilərin nəticələri yekun olmasa da, aydındır.
Səslərin 95,63 faizi hesablandıqdan sonra müxalif “Tisa” partiyası 199 yerdən 138-ni qazanıb. Orbanın Xristian Demokratik Xalq Partiyasının rəhbərlik etdiyi hakim Fides alyansı 55, ifrat sağçı “Vətənimiz” partiyası isə daha 7 yerə sahibdir.
Baş nazir artıq “Tisa”nı qələbə münasibətilə təbrik edib. O, bəyan edib ki, “Fides” müxalifətdə olsa belə, ölkəsinə xidmətə davam edəcək.
E. Kamal