Advert
Advert

Qüdrət Həsənquliyev: Parlamentin səlahiyyətləri artırılmalıdır 

Tarix:
Qüdrət Həsənquliyev: Parlamentin səlahiyyətləri artırılmalıdır 
Reklam

“Dövlət quruculuğu istiqamətində aparılacaq islahatlar çərçivəsində yeni Konstitusiya və Seçki Məcəlləsi qəbul etməli, proporsional seçki sisteminə keçməliyik. Parlamentdə müxalifət fraksiyalarının olması üçün topladığı səsdən asılı olmayaraq, ən azı 3 partiya Milli Məclisdə təmsil olunmalı, müxalif partiyaların parlamentdə sayı, deputatların ümumi sayının üçdə birindən az olmamalıdır və bu qanunvericilikdə təsbit olunmalıdır”.

Reyting.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarına cavabında deyib.

Q. Həsənquliyev yeni Konstitusiyanın qəbulunu zəruri hesab edir: 

“Konstitusiyaya görə yerlərdə icra hakimiyyətini icra hakimiyyətlərinin başçıları həyata keçirir. Amma bəzi rayonlarda, bölgələrdə bu işi Prezidentin səlahiyyətli nümayəndələri həyata keçirir. Prezidentin Qarabağa səfəri zamanı bu aydın görsənir. Həm ən azından buna görə, həm də Ermənistanla ərazi mübadiləsi edəriksə, bu referendumla təsdiq olunmalıdır, buna isə ciddi ehtiyac var. Konstitusiya islahatları aparılacaqsa regional, seçki yolu ilə formalaşan yerli icra hakimiyyəti orqanlarının yaradılması nəzərdə tutulmalı, parlamentin səlahiyyətləri də ciddi şəkildə artırılmalıdır”. 

Partiya sədri əlavə edib ki, daha yaxşı olardı ki, Azərbaycan parlamentli respublika modelinə keçsin. Çünki dövlətimiz də 1918-ci ildə parlamentli respublika kimi yaranıb.
 

Reklam