Advert
Advert

Qubada bəzi kəndlərin adı dəyişdirilib

Tarix:
Qubada bəzi kəndlərin adı dəyişdirilib
Reklam

Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun layihəsi qəbul edilib.

Reyting.az xəbər verir ki, bu barədə sənəd Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, Qubanın Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Həmçinin sənəddə qeyd edilib ki, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.

Bildirilib ki, Qubanın kəndlərinin adlarının dəyişdirilməsi Milli Məclisin Toponimiya komissiyasının tövsiyəsi ilə hazırlanıb.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.

Reklam