Advert
Advert

"Qiyamət günü"nün baş verəcəyi tarix açıqlanıb

Tarix:
Reklam

ABŞ Milli Aeronavtika və Kosmos Agentliyinin (NASA) "Qiyamət günü" superkompüteri Yer üzündə insanlığın məhv ediləcəyi tarixi hesablayıb. Yeni araşdırmalara görə, Yer planetində mövcud həyatın sonu əvvəl düşünüləndən daha da tez baş verə bilər.

Reyting.az xəbər verir ki, NASA-nın Astrobiologiya İnstitutunun təqdim etdiyi elmi məlumata əsasən, Yer kürəsinin atmosferinin "istifadə müddəti" ehtimal edildiyi kimi təxminən 1 milyard ildən sonra bitəcək.

Qeyd edək ki, əvvəllər alimlər bunun 2 milyard il çəkəcəyini hesablayırdılar. Lakin bu yöndə aparılmış hesablamalar göstərib ki, Günəşin tədricən böyüməsi və istiliyin artması Yer kürəsini yaşamaq üçün yararsız hala gətirəcək.

Proqnozlara əsasən, suyun buxarlanması və atmosferdə dəyişikliklər nəticəsində həyat üçün ağır şərait yaranacaq. Beləliklə, NASA mütəxəssislərinin yeni hesablamalarında bir çox elmi dəyişikliklərin olduğu üzə çıxıb.

Amerikalı alimlər bildiriblər ki, "Qiyamət günü", yəni bəşəriyyətin sonu təxminən 1 000 002 021-ci ilə baş verəcək.

Oqtay Qorçu

Reklam