Qazaxıstan dövlətinin İran və İsraillə ticarət dövriyyəsində kəskin azalma qeydə alınıb. Bu ilin əvvəlindən İran arasındakı ticarətin həcmi üç dəfə azalıb və 57,6 milyon dollara düşüb.
Reyting.az xəbər verir ki, yeni infoqrafikaya əsasən, arpa, mərcimək, heyvan yemi, pambıq lifi kimi malların tədarükündə də azalma var. Lakin İran bu il ilk dəfə Qazaxıstana düyü və soya paxlası idxal edib.
Qazaxıstanın digər bir tərəfdaşı olan İsrail ilə ticarətdə isə ixracın həcmi təxminən iki dəfə azalsa da, dəyər baxımından 2,6 dəfə artmaqla, 15 milyon dollara çatıb. Burada artım əsasən kükürd ixracının yüksəlməsi ilə əlaqələndirilib.
Ekspertlər bildiriblər ki, Yaxın Şərqdəki gərginlik Qazaxıstanın taxıl, eləcə də neft ixracına mənfi təsir göstərə bilər.

Oqtay Qorçu