Advert
Advert

Qazaxıstanda aerotaksi sınaqları davam edir 

Tarix:
Qazaxıstanda aerotaksi sınaqları davam edir 
Reklam

Qazaxıstanda Çin istehsalı olan pilotsuz aerotaksinin ikinci sınaq uçuşları keçirilib. Alatau səmasında görünən "uçan taksi"nin test uçuşu etdiyini ölkənin nəqliyyat naziri Nurlan Sauranbayev də təsdiqləyib. 

Reyting.az-ın məlumatına görə, nazir müavini Talqat Lastayev deyib ki, yeni texnika Çinin "AutoFlight" şirkəti tərəfindən istehsal olunub. 

Nazir müavini aerotaksinin üstünlükləri barədə məlumat verib. Lastayev bildirib ki, yeni aerotaksinin uçuş radiusu 250 kilometr, maksimal sürəti isə saatda 200 kilometrdir.

Qeyd olunur ki, Qazaxıstan hökuməti şəhərdə səma mobilliyini təmin edəcək layihələri həyata keçirmək məqsədilə qanunvericilikdə dəyişikliklərə hazırlaşır. 

Məlumata görə, artıq Qazaxıstan ərazisində aerotaksi, dron, eləcə də digər yeni uçuş aparatlarının istifadəsinə hazırlıq görülür.

Oqtay Qorçu
 

Reklam