Advert
Advert

Qazaxıstan Şengenə doğru ilk addımını atıb

Tarix:
Qazaxıstan Şengenə doğru ilk addımını atıb
Reklam

Qazaxıstanın vətəndaşlarına aprel ayından Avropanın məşhur ölkələrindən biri sayılan Monteneqroya vizasız giriş imkanı verilib.

Reyting.az Qazaxıstan mətbuatına istinadla bildirir ki, Monteneqro hökuməti tərəfindən 2026-cı ilin 17 aprelindən Qazaxıstan vətəndaşları üçün müvəqqəti giriş məqsədilə vizasız rejim tətbiq olunub. 

Qazaxıstan Xarici İşlər Nazirliyinin məlumatına görə, 1 may-1 oktyabr tarixləri arasında etibarlı səyahət sənədi əldə edən hər qazaxıstanlı Monteneqroya vizasız səyahət etməklə, bu ölkədə 30 günədək qala biləcək.

Bununla belə, qanunla tənzimləndiyi kimi, daha uzunmüddətli səfərlər üçün müvafiq viza sənədi tələb olunacaq. 

Qeyd edilir ki, Monteneqro dövləti hələ də Avropa İttifaqına, o cümlədən Şengen coğrafiyasına daxil olmasa da, 2002-ci ildən avrodan istifadə edir. 

Monteneqro həm də 2017-ci ildən NATO-nun üzvüdür.

Qazaxıstan XİN rəsmiləri bildiriblər ki, onlar bu yöndə digər məsələlər üzərində çalışmaqla yanaşı, Şengen vizasının sadələşdirilməsi üçün danışıqlar aparırlar.

Oqtay Qorçu
 

Reklam