Advert
Advert

Qazaxıstan Əfqanıstanla ticarət dövriyyəsini artırır 

Tarix:
 Qazaxıstan Əfqanıstanla ticarət dövriyyəsini artırır 
Reklam

2025-ci ilin yanvar-fevral aylarından Qazaxıstandan Əfqanıstana ixrac edilən məhsullarla bağlı yüksək artım müşahidə olunub. Qazaxıstan rəsmi qurumlarının məlumatına görə, iki ölkənin arasındakı ticarət dövriyyəsi təxminən iki dəfə artmaqla, 149,5 milyon dollara çatıb. Bu məbləğin hamısı Qazaxıstanın ixracının payına düşür.

Reyting.az xəbər verir ki, yeni təqdim olunmuş infoqrafikaya əsasən, Qazaxıstan Əfqanıstana ümumilikdə 512,5 min ton məhsul göndərib. Bu göstərici 1,5 dəfə artım deməkdir. 

Bildirilir ki, ixracın dəyərinə görə, 1,8 dəfəyə qədər artıma nail olmaqla, Qazaxıstan 148,2 milyon dollarlıq təmiz gəlir əldə edib. 

Qazaxıstanın ixrac üzrə artımı əsasən bu məhsullarda qeydə alınıb:

Buğda - 2,6 dəfə artmaqla, 174,8 min ton. 

Paxlalılar, noxud, mərcimək, eləcə də digər bu kimi məhsullar - 2,1 dəfə artmaqla, 19,3 min ton. 

Bitki yağları - 3,3 dəfə artıb - 19,8 min ton. 

Kətan toxumu artımı - 5,2 dəfə. 31,8 min ton. 

Qarğıdalı – 6,6 dəfə artmaqla, 4,9 min ton.

Un ixracı isə 4,2 faiz həcminə çatmaqla, 211,5 min ton olub. Bundan əlavə, Əfqanıstana ilk dəfə 5,4 min ton soya paxlası göndərilib.

Əfqanıstan həmçinin Qazaxıstandan gübrə (13,6 min ton), metal (25,4 min ton) və 69 yük avtomobili alıb.

İdxal isə həcm baxımından 2,2 dəfə azalsa da, dəyər ifadəsində 17,2 faiz artım olub. Bu il Əfqanıstandan Qazaxıstana şirin içkilər, meyvələr və şirniyyatlar göndərilib.

Əfqanıstan həmçinin Qazaxıstana nefrit və xrom filizləri də ixrac edib.

Ümumilikdə 2025-ci ildə iki ölkə arasındakı ticarət 541,8 milyon dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 0,6 faiz azdır, lakin 2026-cı il üçün də artım proqnozlaşdırılır.

Oqtay QORÇU
 

Reklam