Advert
Advert

Qazaxıstan Almaniyaya neft tədarükünü iki dəfə artırıb

Tarix:
Qazaxıstan Almaniyaya neft tədarükünü iki dəfə artırıb
Reklam

Qazaxıstan 2026-cı ilin birinci rübündə Almaniyaya neft tədarükünü iki dəfə artıraraq 730 min tona çatdırıb.

Reyting.az xəbər verir ki, bu barədə “Sputnik Kazaxstan” yazıb. 

“KazTransOil” yaydığı məlumatda bildirilir ki, Qazaxıstan neftinin Almaniyaya daha çox çatdırılması üçün “Transneft PJSC” boru kəməri sisteminə tədarükü 2025-ci ilin eyni dövrü ilə müqayisədə 353 min ton artaraq 730 min tona çatdırıb. 

Şirkət onu da qeyd edib ki, cari ilin yanvarında “Drujba” boru kəməri sistemi ilə Almaniyaya nəql olunan Qazaxıstan neftinin həcmi 210 min ton, fevralda isə 310 min tona çatıb.

V. Quliyev
 

Reklam