Advert
Advert

Qanunsuz miqrasiya yollarında təxminən 8000 insan ölüb

Tarix:
 Qanunsuz miqrasiya yollarında təxminən 8000 insan ölüb
Reklam

2025-ci ildə qanunsuz miqrasiya yollarında təxminən 8000 insan ölüb və ya itkin düşüb.

Reyting.az xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) məlumatında bildirilib. 

BMqT-nin hesabatında deyilir: "2025-ci ildə dünya üzrə qlobal miqrasiya marşrutlarında təxminən 7900 insanın ölümü və ya itkin düşməsi qeydə alınıb". 

Təşkilat əlavə edib ki, 2025-ci ildə miqrasiya zamanı qeydə alınan ölüm sayı 2024-cü ildə qeydə alınan təxminən 9200 nəfərdən (bu, rekord illik ən yüksək rəqəm idi) az olsa da, bu, 2014-cü ildən bəri 80.000-dən çox insanın həyatını itirdiyini göstərir.

Məlumata görə, qanunsuz miqrantların böyük əksəriyyəti dəniz yolu ilə təyinat yerlərinə çatmağa çalışarkən həlak olublar. Ən ölümcül marşrut Liviya və Tunisdən Aralıq dənizi üzərindən İtaliyaya qədər uzanır. Keçən il bu marşrutla səyahət edərkən 2100 miqrant həyatını itirib. Növbəti marşrut Qərbi Afrikadan İspaniyanın bir hissəsi olan Kanar adalarına gedən Atlantik marşrutudur. 2025-ci ildə bu marşrutda ölən və ya itkin düşənlərin sayı təxminən 1000 nəfər olub. Üçüncü ən təhlükəli marşrut Afrika Buynuzundan Bab əl-Məndəb boğazından keçərək Yəmən və Səudiyyə Ərəbistanına gedən yoldur ki, burada 992 nəfər ölüb və ya itkin düşüb.

Qeyd olunur ki, ümumilikdə, ötən il Afrikadan digər qitələrə köçməyə cəhd edərkən 4767 sənədsiz miqrant ölüb və ya itkin düşüb.

Y. Qacar
 

Reklam