Advert
Advert

Qalmaqal yaradan film dünya nümayişinə çıxarılacaq

Tarix:
Qalmaqal yaradan film dünya nümayişinə çıxarılacaq
Reklam

Rejissor Uve Bollun ekranlaşdırdığı, baş rolda Armi Hammerin çəkildiyi və böyük müzakirələrə səbəb olan "Vətəndaş qisasçı" filmi dünya kinoprokatına çıxarılacaq.

Reyting.az xəbər verir ki, yeni razılaşmadan sonra “Quiver Distribution” şirkəti filmin beynəlxalq yayım hüquqlarını əldə etdiyini açıqlayıb.

“Variety” nəşrinin yazdığına görə, daha əvvəl Böyük Britaniya və Almaniyada məhdudiyyətlərlə üzləşən ekran əsəri indi beynəlxalq nümayiş imkanı qazanıb.

Məlumata əsasən, filmin populyarlığının artmasında amerikalı milyarder İlon Maskın da rolu olub. Bildirilir ki, Mask filmi böyük maraqla izləyib və onun tanıdılması məqsədilə sosial şəbəkə hesabında 48 saat ərzində pulsuz yayımlanmasına şərait yaradıb. Nəticədə "Vətəndaş qisasçı" filminin reytinqi kəskin yüksəlib.

Qeyd olunur ki, qısa müddət ərzində ekran əsəri “Amazon” və “Apple TV” platformalarının reytinq siyahılarında ön sıralara yüksəlib.

Rejissor Uve Bollun sözlərinə görə, İlon Mask filmi paylaşmazdan əvvəl ondan icazə istəyib. Boll həmçinin bildirib ki, hazırda filmin davamı üzərində işləyir. Onun sözlərinə görə, "Vətəndaş qisasçı 2: Somali fırıldaqçılarının sonu" adlı yeni layihənin ilk tizer posteri artıq təqdim olunub.

Xatırladaq ki, ABŞ istehsalı olan və Avropanın bir neçə ölkəsində nümayişi qadağan edilən filmin süjeti miqrantlara qarşı zorakılıq törədən, qanunu öz əlinə alan bir şəxsdən bəhs edir. Məhz buna görə də tənqidçilər "Vətəndaş qisasçı" filmində miqrantlara qarşı nifrət və zorakılığın təbliğ olunduğunu bildirərək, ekran əsərinin nümayişdən tamamilə çıxarılmasını tələb ediblər.

Oqtay Qorçu
 

Reklam