Advert
Advert

Qalibaf ABŞ prezidentinə müraciət edib

Tarix:
Qalibaf ABŞ prezidentinə müraciət edib
Reklam

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ prezidenti Donald Trampa müraciət edib.

Reyting.az-ın məlumatına görə, Qalibaf bu barədə sosial media hesabında yazıb.

Qalibaf Tpampı nəzərdə tutaraq qeyd edib:

"Sizin ehtiyatsız hərəkətləriniz ABŞ-ı hər ailə üçün cəhənnəmə çevirir və Netanyahunun (İsrailin baş naziri-red.) əmrlərinə əməl etməkdə israrlı olduğunuz üçün bütün bölgəmiz alov içində olacaq. Özünüzü aldatmayın: müharibə cinayətləri ilə heç nəyə nail olmayacaqsınız... Yeganə həll yolu İran xalqının hüquqlarına hörmət etmək və bu təhlükəli oyuna son qoymaqdır".

Xatırladaq ki, əvvəllər ABŞ prezidenti Hörmüz boğazı açılmazsa, İranı dəfələrlə "cəhənnəm"lə hədələmişdi.

V. Quliyev

Reklam