Britaniya monarxı Kral III Çarlz mayın 20-də Şimali İrlandiyaya səfəri zamanı xeyriyyə tədbirində iştirak etdikdən sonra təbəələri ilə söhbətləşmək üçün həyətə çıxıb. Bu zaman bir damla qağayı pisliyi kralın pencəyinin kürək hissəsinə dəyərək yerə düşüb.
Reyting.az xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.
III Çarlzın köməkçisi Krala “defekasiyanı” göstərib və ona plaşını geyinməyi təklif edib. Lakin Kral təbəssümlə ona cavab verib və təbəələri ilə əlsıxma prosedurunu davam etdirib.
Nyukasl sakini İren Martinq və onun bacısı da Krala pencəyinin ləkələnmiş hissəsini göstərsələr də, III Çarlz buna əhəmiyyət verməyib.
İren jurnalistlərə “biz kralla qağayı barədə danışdıq, o isə cavabında zarafatla dedi ki, “yaxşı ki, qağayı başına qonmayıb”.
V. Quliyev