Advert
Advert

Qadınlar ABŞ-a qarşı etiraz aksiyası keçiriblər

Tarix:
Qadınlar ABŞ-a qarşı etiraz aksiyası keçiriblər
Reklam

Kubanın paytaxtı Havanada yüzlərlə qadın ABŞ-ın adaya tətbiq etdiyi faktiki neft blokadası və təzyiq kampaniyasına etiraz olaraq etiraz yürüşü keçiriblər.

Reyting.az xəbər verir ki, çərşənbə axşamı keçirilən nümayişdə “Tumba el bloqueo!” (Blokadanı dağıdın!) şüarı yazılmış plakatlar qaldırılıb. Bir çox etirazçı Kuba bayraqlarını dalğalandırıb, bəziləri isə #NoMasBloqueo (Artıq blokada yoxdur! heşteqi yazılmış köynəklər geyiniblər.

Etiraz aksiyası Kuba inqilabının lideri və keçmiş birinci xanım mərhum Vilma Espinin 96-cı doğum günündə baş tutub. 

Nümayişə Kubanın kommunist hökumətinin yüksək vəzifəli şəxsləri, o cümlədən baş nazirin müavini İnes Maria Çapman və xarici işlər nazirinin müavini Jozefina Vidal rəhbərlik ediblər. Onlar ABŞ-ın Kuba hökumətinə qarşı kampaniyasını bir növ kollektiv cəza kimi pisləyiblər.

Vidal “Associated Press” agentliyinə deyib: “Bu sui-istifadə siyasəti dayandırılmalıdır. Kuba xalqı buna layiq deyil. Bu, bütün ölkəyə qarşı tətbiq edilən ən əhatəli, hərtərəfli və ən uzun müddət davam edən məcburi tədbirlər sistemidir”.

Qeyd edək ki, Kuba hökuməti son həftələrdə ABŞ prezidenti Donald Trampın siyasətinə qarşı davamlı etiraz nümayişləri təşkil edir.

V. Quliyev
 

Reklam