Advert
Advert

Qətldə şübhəli bilinən qaçaq mafiya başçısı həbs edilib

Tarix:
Qətldə şübhəli bilinən qaçaq mafiya başçısı həbs edilib
Reklam

Qətl törətməkdə ittiham olunan mafiya başçısı bir ildən çox qaçaqlıq etdikdən sonra Amalfi sahilindəki lüks bir villada ələ keçib.

Reyting.az xəbər verir ki, bunu İtaliya polisi bildirib. 

İtaliya hərbi polis qüvvələrinin məlumatına görə, Roberto Mazzarella ötən ilin yanvar ayında qətldə ittiham olunsa da, məsuliyyətdən yayınıb.

Vietri sul Mare şəhərində həbs olunan 48 yaşlı şəxs Neapoldakı Camorra mütəşəkkil cinayətkar qruplaşmasının nüfuzlu fiquru hesab olunur və İtaliyanın ən təhlükəli qaçaqlarından biri kimi qeydə alınıb.

Polis bildirib ki, Mazzarella həbs edilən zaman həyat yoldaşı və iki uşağı ilə birlikdə olub və həbs zamanı müqavimət göstərməyib.

Onu da qeyd edək ki, Mazzarella klanı Neapolda saxta pul istehsalı ilə məşhurdur.(Mənbə:BBC)
 

Reklam